16 sentyabr 2011 02:38
Sumqayıtda da Grassroots festivalı keçirildi (FOTOREPORTAJ)
AFFA Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Grassroots” festivalı təşkil edib. Azerisport.az xəbər verir ki, tədbirdə 60 oğlan, 20 qız futbolçu, AFFA tərəfindən təyin edilmiş məşqçilər və Sumqayıtda çalışan məşqçilər iştirak ediblər. Festivalı “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyev və baş məşqçisi Bernard Raab da izləyib. Qeyd edək ki, “Grassroots” futbolun kütləviliyinə, populyarlaşmasına xidmət edən festivaldı.
