16 sentyabr 2011 02:52
Fenerin sabiq forvardı: Türkiyəyə bir daha qayıtmaram
Mövsümün əvvəlində Türkiyənin "Fenerbahçe" klubuna transfer olunan və elə qısa müddət sonra da Moskva "Spartak"ına satılan Emmanuel Emenike maraqlı açıqlamaları ilə diqqət çəkib. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatına müsahibə verən Emenike bir daha Türkiyəyə qayıtmaq istəmədiyini bildirib:
"Spartak"ın təklifi həm mənim, həm də "Fenerbahçe" üçün sərfəli idi. Ona görə də, bu klubdan ayrıldım. Ancaq bunun səbəbi təkcə danışılmış oyunlarla bağlı deyildi. Türkiyədə haqqımda çox danışılırdı. Mənsə belə şeylərdən uzaq insan olduğum üçün "Fenerbahçe"dan ayrılmağa qərar verdim. Türkiyə bir ölkə kimi çox gözəl yerdi. Ancaq orada üzərimdə böyük təzyiq hiss edirdim. Bir daha Türkiyəyə qayıtmaram. Bu ölkəyə ancaq ziyarət üçün gedərəm, futbol oynamaq üçün yox. Hazırda yeni komandama adaptasiya olmuşam və Rusiyada özümü çox yaxşı hiss edirəm".
