16 sentyabr 2011 02:56
Beşiktaşda Almeyda şoku!
Ötən gecə Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə İsrailin "Maccabi" (Təl-Əviv) klubunu 5:1 hesabı ilə darmadağın edən "Beşiktaş" buna sevinsə də, üzücü xəbər də alıb. Azerisport.az xəbər verir ki, bu oyunda vurulan ilk iki qolun müəllifi - portuqaliyalı hücumçu Hüqo Almeydanın sıradan çıxdığı məlub olub.
Sol ayağının arxa əzələsində yırtıq olduğu aşkarlanan futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Belə olan təqdirdə isə Almeyda Avroliqa ilə yanaşı, Superliqanın qarşıdakı oyunlarında da forma geyinə bilməyəcək.
