16 sentyabr 2011 15:02
Usim Nduka da İnterlə oyunda meydana çıxmaya bilər
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunda AZAL doğma meydanda “İnter”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” bu oyuna ciddi hazırlaşırlar.
Hər halda AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov açıqlamasında bunları dilə gətirib: “Ötən tur səfərdə “Kəpəz”ə məğlub olsaq da, komandada əhval-ruhiyyə yaxşıdı. “İnter” üzərində qələbə qazanmaqla ötən turdakı məğlubiyyəti unutdurmağa çalışacağıq. Ötən mövsüm “İnter”i 5:0 hesabı ilə məğlub etmişdik. Usim Nduka, Aqil Nəbiyev və Robert Petrov kimi güclü futbolçularımız zədəlidi. Buna baxmayaraq, “İnter”lə oyunda yalnız qələbə haqqında fikirləşirik”.
