16 sentyabr 2011 15:20
Aleksandr Starkov: İndi Azərbaycan çempionatında zəif komanda yoxdu
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 6-cı turunun “Turan”la qarşıdan gələn oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları dilə gətirib:
“İndi Azərbaycan çempionatında zəif komanda yoxdu. “Turan” çox güclü komandadı. Bunu qəbul edib, başa düşmək çox vacibdi. Biz də bunu başa düşürük, bilirik və indidən futbolçularımızı buna hazırlayırıq. “Turan” xüsisilə evdə daha döyüşkən təsir bağışlayır. Futbolçularımızın bu oyuna yaxşı köklənməsi lazımdı. Əks halda biz nəticə, qələbə qazana bilməyəcəyik. Odu ki, bu oyuna ciddi hazırlaşırıq”.