16 sentyabr 2011 15:54
Sumqayıt Şəhər İnterlə oyuna 5 itki ilə hazırlaşır
Sentyabrın 18-də Premyer Liqanın 6-cı turu çərçivəsində “Rəvan”ın qonağı olacaq “Sumqayıt Şəhər” qarşılaşmaya oyunun keçiriləcəyi “Dalğa Arena”da hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə “Sumqayıt Şəhər” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib:
“Müdafiəçilər Samir Abasov və Hacı Əhmədov, yarımmüdafiəçilər Aqil Məmmədov və Aleksandr Qross, həmçinin hücumçu Ruslan Qurbanov zədəlidi. Digər hücumçumuz Eldar Məmmədovun da “Rəvan”a qarşı oyunda meydana çıxması sual altındadı. Komandamız son bir həftədə üçüncü qarşılaşmasına çıxacaq. Futbolçularda yorğunluq hiss olunur. Buna baxmayaraq, biz yalnız qələbə qazanmaq üçün meydana çıxacağıq”. (PFL)
