16 sentyabr 2011 16:22
“AFFA mənə üç ay komandanı kateqoriyasız çalışdırmağa icazə verib”
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytının suallarını cavablandırıb.
- “Simurq”la oyuna hazırlıqlarınız necə gedir?
- Uşaqlar adi qaydada məşqlərini davam etdirirlər. Hazırda heyətdə iki zədəlimiz var – Nikolay Svejentsov və Elşən Poladov. Biz qələbə seriyamızı Zaqatalada da davam etdirmək istəyirik. Rəqibə hörmətlə yanaşırıq. Buna görə də arxayınlaşma olmayacaq. Qələbə üçün gedirik. “Kəpəz” hələ heç nəyi təmin etməyib. Futbolçular başa düşməlidilər ki, əsas oyunlarımız hələ bundan sonradı.

- “Simurq” barədə nə deyərdiz?
- Yaxşı komandadı. Startda bir qədər bəxti gətirmədi. Bəzi oyunlarda onlar layiq olmadıqları halda xal itirdilər. Əgər siz məndən bu komanda haqda “zəif rəqib” sözünü gözləyirsizsə, bunu eşitməyəcksiz. “Simurq” çox yaxşı komandadı. Düzdü, hələ indidən heç bir komandaya qiymət vermək olmaz. Çempionatda cəmi 5 tur oynanılıb. Bir o qədər də oyun keçiriləndən sonra müəyyən fikir söyləmək olar.

- “Bakı” ilə oyundakı səfər qələbənizi (0:3) nəzərə alsaq, Zaqataladakı görüşdə sizi favorit saymaq olar?
- Bununla razı deyiləm. Bu oyunda favorit yoxdu. Özü də biz səfərdə oynayacağıq və “Simurq” sürprizə imza ata bilər. Bu üzdən də biz arxayınlaşmamalıyıq.

- “Kəpəz”in uğurlu startının sirri nədədi?
- Bilirsiz, mənə də zəng edirlər, təəccüblərini bildirənlər olur. Amma bilmirəm niyə “Kəpəz” turnir cədvəlinin üst pillələrində yer almamalıdı. Bizim qalib gəldiyimiz bizdən aşağıda yer alırlar. Deməli, biz onlardan güclü idik. Baxmayaraq ki, mən hələ heç nəyə nail olmadığımızı düşünürəm. 5 tur göstərici sayıla bilməz. Uğuru onda qazanarıq ki, “Kəpəz” ilk altılığa düşər. Məncə, yeganə təəccüblü görünən məqam “Bakı” üzərində 3:0 hesablı qələbəmiz ola bilər. Amma qalan görüşlərin hamısında gözlənilənə nail olmuşuq. Fikrimcə, “Bakı”ya minimal hesabla qalib gəlsəydik, heç o oyun da belə diqqətçəkən olmayacaqdı. Heç mən özüm də elə qələbə gözləmirdim.

- Klub rəhbərliyinin bu uğura görə komandaya 90 min dollar mükafat ayırması doğrudu?
- Komandamızda mükafatlar daim vaxtında verilir. Məbləği deməyəcəm. Çünki bunu klubun sponsoru və prezidenti həll edir. Amma futbolçular “Kəpəz” üçün oynayırlar. Biz Premyer Liqaya nəticə qazanmaq üçün qayıtmışıq.

- Eşitmişik ki, AFFA-dan B kateqoriyalı məşqçi lisenziyası almağa hazırlaşırsız...
- Təəssüf ki, mənim məşqçi kateqoriyam yoxdu. Buna heç kim inanmasa da, belədi. Əvvəllər bu heç kimdə yox idi. Amma indi AFFA və PFL də tələb edir. Buna görə də mən də həmin kurslara yazıldım. Komanda adından AFFA-ya mənə A kateqoriyasının verilməsi ilə bağlı müraciət ünvanlamışıq. AFFA mənə üç ay komandanı kateqoriyasız çalışdırmağa icazə verib. Bu müddət ərzində mən həmin kateqoriyanı almalıyam. Əks halda necə olacaq, bilmirəm. Ola bilsin ki, elə birbaşa A kateqoriyasını almağa yardımçı oldular.