16 sentyabr 2011 16:30
Neftçi təmirə bağlanmış arenada məşq edəcək
"Neftçi" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri gündə bir dəfə olmaqla məşq keçirlər.
Flaqman bu gün görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək. Hazırlıq prosesi saat 17:00-da başlanacaq.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Neftçi" - "Qəbələ" qarşılaşması saat 18:30-da start götürəcək.
