16 sentyabr 2011 16:46
İnter AZAL-la oyuna günə bir məşqlə hazırlaşır
"Sumqayıt Şəhər”lə matçdan dərhal sonra “İnter” Premyer Liqanın 6-cı turu çərçivəsində keçiriləcək AZAL ilə oyuna hazırlaşmağa başlayıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komanda gün ərzində bir dəfə olmaqla “Şəfa” stadionunda məşq edir.
Xatırladaq ki, AZAL - “İnter” qarşılaşması sabah Şüvəlan qəsəbə stadionunda keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.
