16 sentyabr 2011 17:05
UEFA Avropa Liqasının mükafatını açıqladı
UEFA dünən start götürən Avropa Liqasının qrup mərhələsinin iştirakçıları üçün pul mükafatlarının məbləğini açıqlayıb. Azerisport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 48 klubun hər birinə göstərdiyi nəticədən asılı olmayaraq, bir milyon avro ödəniləcək: 640 min qrup mərhələsinə düşdüyünə, 60 min avro isə qrupdakı hər bir matça görə.
Qrupdakı hər qələbəyə görə 140 min, heç-heçəyə görə isə 70 min avro mükafat nəzərdə tutulub. Bundan başqa, UEFA növbəti mərhələyə çıxan kluba da pul ayıracaq.
Ümumilikdə, 2011/12 mövsümü üçün Avropa Liqasında oynayan klub maksimum 6,44 milyon avro qazana bilər (kommersiya fəaliyyətindən gələn gəlir istisna olmaqla).
