16 sentyabr 2011 17:31
Simurq Kəpəzlə oyuna tam heyətlə hazırlaşır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunda “Kəpəz”i qəbul edəcək “Simurq” oyuna hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, “Simurq”un icraçı direktoru Vaqif Əliyev komandanın heyətində zədəli futbolçu olmadığını bildirib.
O, futbolçularda əhval-ruhiyyənin yaxşı olduğunu, həmçinin doğma azarkeşlər önündə “Kəpəz”i məğlub etməyə çalışacaqlarını bildirib: “Kəpəz” ard-arda qələbələr qazandı və komanda sabit oyun nümayiş etdirir. Son oyunlarda məğlub olsaq da, şənbə günü qələbə qazanmaq üçün mübarizə aparacağıq”.
