16 sentyabr 2011 17:43
Stamenkoviç: Qəbələyə qalib gələcəyimizə əminəm
"Neftçi"nİn qapıçısı Saşa Stamenkoviç "Qəbələ" ilə görüş barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, serb qolkiper klubun rəsmi saytına açıqlamasında rəqibin güclü olmasına baxmayaraq, “flaqman”ın qalib gələcəyinə əmindi:
"Qəbələ" güclü komandadı. Onların Toni Adams kimi təcrübəli məşqçiləri, güclü futbolçuları var. Lakin bizim heyət daha güclüdür. Buna görə də qalib gələcəyimizə əminəm" - deyə Stamenkoviç bildirib.
