16 sentyabr 2011 18:08
Ruslan Əmircanov: İnanıram ki, qara zolaqdan çıxacağıq
"Son oyunlardakı uğursuzluqlara baxmayaraq, ruhdan düşməmişik. Məqşlərdə həvəslə çalışırıq". Azerisport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Ruslan Əmircanov deyib.
26 yaşlı müdafiəçi "Qəbələ" ilə görüş haqqında fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: "Oyuna ciddi hazırlaşırıq. "Qəbələ" güclü rəqibdir, əbəs yerə turnir cədvəlinin ikinci pilləsində qərarlaşmayıb. Bununla belə, inanıram ki, qələbə qazanıb, "qara zolaq"dan çıxacağıq".
