16 sentyabr 2011 18:27
Yığmamız daha bir Almaniya klubunu darmadağın edə bilər
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız sentyabrın 19-da “FSV Frankfurt” klubunun U-17 komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Xatırladaq ki, bu toplanış çərçivəsində yığmamız ilk yoldaşlıq oyununda “Viktoria 01 Aschaffenburg” klubunun U-17 komandasına 6:0 hesablı ilə qalib gəlib.
