16 sentyabr 2011 18:42
Azərbaycan çempionatının iştirakçısı adını dəyişdi
Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında ikinci turun oyunları keçirilib. Azerisport.az hesabat turunun nəticələri ilə sizi də tanış edir.
Qeyd edək ki, bu turda da favoritlər asan qələbələrə seviniblər. Baş tutan görüşlərdəki nəticələri diqqətinizə çatdırırıq:
Futzal
Azərbaycan çempionatı
2-ci tur
«Qarabağ veteranları» - «Ekol» 1:4
«Araz» - PSL 12:1
«Rəvan» - «Neftçi» 0:8
«Azecolab» - «Qala» 0:16
Sonda onu da vurğulayaq ki, daha əvvəl «Azmetko» adı ilə çıxış edən klub bundan sonra «Rəvan» adlanacaq.
