17 sentyabr 2011 00:03
Eyni güclü klubları üz-üzə gətirən tur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun 3 qarşılaşması ənənəvi olaraq şənbə, qalanı isə bazar günü keçiriləcək.
Turun ilk və mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəranı” qəbul edəcək. Quzanlı qəsəbə stadionu təmirə bağlandığından Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun bu komandalar arasında 21-ci qarşılaşma olacaq. Bundan əvvəl keçirilmiş 20 qarşılaşmadan ikisi kubok oyunlarına, 18-i isə çempionat oyunlarına təsadüf edib. Ümumilikdə 9 dəfə “Qarabağ”, 8 dəfə isə “Xəzər Lənkəran” meydandan qalib ayrılıb. 3 qarşılaşma heç-heçə başa çatıb. “Xəzər Lənkəran” 23, “Qarabağ” isə 21 dəfə rəqib qapılarına yol tapıb.
5-ci turda “Neftçi”ni məğlub edərək zirvədə öz yerini möhkəmlədən “Xəzər Lənkəran” bu qarşılaşmadan qalib ayrılacağı təqdirdə daha bir çətin sınaqdan üzüağ çıxmış olacaq. “Qarabağ”da isə vəziyyət bir qədər fərqlidi. 4-cü turda “Qəbələ”, 5-ci turda isə “Sumqayıt Şəhər” ilə oyunlarda vacib xallar itirən Ağdam təmsilçisi “Xəzər Lənkəran”a məğlub olarsa, çempionluq yolunda vacib xallar itirmiş olacaq. Bu baxımdan, şənbə günü keçiriləcək oyun ağdamlılar üçün daha böyük önəm kəsb edir. Qeyd edək ki, ötən tur “Sumqayıt Şəhər” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovun “Xəzər Lənkəran”la oyunda meydana çıxması sual altındadı.
6-cı turun ilk oyun günündə daha bir qarşılaşma Zaqatalada keçiriləcək. Burada yerli “Simurq” son turlarda baxımlı oyun nümayiş etdirən “Kəpəz”i qəbul edəcək. Öncəki iki turda qələbə qazanan Gəncə təmsilçisi hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Gəncəlilər 11 qolla Premyer Liqanın ən çox qol vuran komandasıdı. Son iki qarşılaşmada “Bakı” və AZAL kimi güclü rəqiblərin qapısından altı top keçirən “Kəpəz”i autsayder “Simurq”la oyunda favorit hesab etmək olar. Lakin, qeyd etmək lazımdı ki, bu komandalar arasında keçirilmiş 6 çempionat oyununun heç birində Gəncə təmsilçisi rəqibini üstələyə bilməyib.
Turun ilk oyun gününə AZAL – “İnter” paytaxt derbisi ilə yekun vurulacaq. Bir neçə gün öncə səfərdə 4-cü turun təxirə salınmış oyununda “Sumqayıt Şəhər”i məğlub edən “İnter” hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Sabit oyun nümayiş etdirməyən Elxan Abdullayevin komandası isə yeddi xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Təyyarəçilər”in “İnter”lə oyundan sonra 7-ci turda “Qarabağ”ı qəbul edəcəyini nəzərə alsaq, liderlər qrupundan uzaqlaşmamaq üçün AZAL-ın bu çətin ev oyunlarından minimal xal itkisi ilə çıxması lazımdı.
6-cı turun ikinci oyun günündə - sentyabrın 18-də daha üç qarşılaşma keçiriləcək. Bu qarşılaşmalardan ikisi paytaxtda, biri isə əyalətdə baş tutacaq. “Turan” ötən tur ilk qollarını vuran “Bakı”nı qəbul edəcək. Son ev qələbəsindən sonra “Bakı” turnir cədvəlində 4-cü pilləyə yüksəldi. Doğma azarkeşləri önündə əzmkar oyun nümayiş etdirən “Turan” cari mövsümdə Tovuzda keçirdiyi bütün oyunlardan qalib ayrılıb. Ötən tur səfərdə “Qəbələ” ilə qarşılaşmada ilk qolu Tovuz təmsilçisi vursa da, hesabdakı üstünlüyünü sona qədər qoruya bilməyərək məğlub olmuşdu. Tovuzda oynadığı son 5 oyunda “Turan”a məğlub olmayan paytaxt təmsilçisi öz mövqeyini möhkəmləndirmək üçün uğurlu nəticə qazanmalıdı.
Premyer Liqanın 6-cı turu autsayderlərin - “Rəvan” və “Sumqayıt Şəhər” klublarının “Dalğa Arena”da qarşılaşması ilə səciyyələnəcək. Qeyd edək ki, bu iki komandadan heç biri qalib gələcəyi təqdirdə autsayderlər qrupundan çıxa bilməyəcək. Çünki, 9-cu pillənin sahibi “Turan” “Rəvan”dan dörd, “Sumqayıt Şəhər”dən isə beş xal irəlidədi. Ötən tur qırmızı vərəqə alaraq cəzalı vəziyyətə düşən “Rəvan”ın yarımmüdafiəçisi Tagim Novruzov “Sumqayıt Şəhər”lə oyunda meydana çıxa bilməyəcək.
Hesabat turuna “Neftçi” - “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Ötən tur səfərdə əzəli rəqibi “Xəzər Lənkəran”a məğlub olaraq liderlər qrupundan xeyli aralı düşən “Neftçi” altı xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Son çempion cari mövsümdə uğurlu çıxış edən və məğlubiyyətsiz irəliləyən “Qəbələ” ilə oyunda qalib qələrək azarkeşlərinə ötən turlardakı məğlubiyyətləri unutdurmağa çalışacaq. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qəbələ” cari mövsüm inamlı təsir bağışlayır. Avrokubokları hədəfləyən Toni Adamsın komandası məğlubiyyətsiz oyunlar seriyasını “Neftçi” ilə oyunda da davam etdirməyə çalışacaq. Qeyd edək ki, “Qəbələ” bu oyunda da cəzalı olan kapitan Mahir Şükürovun xidmətindən yararlana bilməyəcək.
Premyer Liqa
6-cı tur
17 sentyabr (şənbə)
Qarabağ - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.
Simurq - Kəpəz
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Şəhər stadionu. Saat 18:00.
AZAL - İnter
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "AZAL" stadionu. Saat 19:00.
18 sentyabr (bazar)
Turan - Bakı
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
Rəvan - Sumqayıt Şəhər
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "Dalğa Arena" stadionu. Saat 17:00.
Neftçi - Qəbələ
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:30.
|
1
|
XL
|
5
|
4
|
1
|
0
|
10-3
|
13
|
|
2
|
Qəbələ
|
5
|
3
|
2
|
0
|
6-3
|
11
|
|
3
|
Kəpəz
|
5
|
3
|
0
|
2
|
11-8
|
9
|
|
4
|
İnter
|
5
|
3
|
0
|
2
|
4-4
|
9
|
|
5
|
Bakı
|
5
|
2
|
2
|
1
|
6-5
|
8
|
|
6
|
Qarabağ
|
4
|
2
|
1
|
1
|
3-2
|
7
|
|
7
|
AZAL
|
5
|
2
|
1
|
2
|
8-8
|
7
|
|
8
|
Neftçi
|
4
|
2
|
0
|
2
|
6-4
|
6
|
|
9
|
Turan
|
5
|
2
|
0
|
3
|
6-7
|
6
|
|
10
|
Rəvan
|
5
|
0
|
2
|
3
|
6-9
|
2
|
|
11
|
Simurq
|
5
|
0
|
2
|
3
|
1-6
|
2
|
|
12
|
SŞ
|
5
|
0
|
1
|
4
|
2-10
|
1
|
Bombardirlər:
4 - Sergey Artyux (Turan).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
4 - Sergey Artyux (Turan).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
