17 sentyabr 2011 00:28
Yığmamızın üzvü oynamadı, komandası xal itirdi
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin son oyununda iştirak etməyib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisinin çalışdırıcısı ona Nalçik “Spartak”ı ilə ev oyununda şans verməyib.
Millimizin üzvünün bu görüşdə iştirak etməməsinin səbəbi məlum deyil. Qeyd edək ki, Qurbanov “Volqa”nın əvəzedici heyətinin əsas üzvüdü və ola bilsin ki, zədə səbəbindən bu dəfəki görüşü buraxmalı olub.
Qarşılaşmaya gəlincə, baş məşqçi Maqomed Adiyevin yetirmələri Qurbanovun yoxluğunda xal itkisi ilə üzləşiblər. Hesabı ilk yarıda meydan sahibləri açsalar da, fasilədən sonra cavab qoluna üzülüblər – 1:1. 79-cu dəqiqədən etibarən isə “Volqa” azlıqda mübarizə aparmalı olub.
