17 sentyabr 2011 20:52

XL Qarabağı, Simurq Kəpəzi yendi, İnterlə AZAL sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq hesabat turunun 3 qarşılaşması şənbə günü keçirilib.
 
Turun ilk və mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəranı” qəbul edib. Qarşılaşma cənubluların minimal hesablı qələbəsi ilə bitib. Zaqatalada yerli “Simurq” son turlarda baxımlı oyun nümayiş etdirən “Kəpəz”i qəbul edib. Bol qollu qarşılaşma meydan sahiblərinin möhtəşəm qələbəsi ilə bitib. Turun ilk oyun gününə AZAL – “İnter” paytaxt derbisi ilə yekun vurulub. "İnter" son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub.
 
Premyer Liqa
6-cı tur
17 sentyabr (şənbə)
 
AZAL - İnter - 1:1 (0:0)
Qollar: George Boqyu, 49 (1:0), Vladimir Levin, 86 (1:1).
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
Bakı. "AZAL" stadionu.
 
Oyun başladı
AZAL oyuna daha fəal başlayıb
Nuqzar Kvirtiyanın zərbəsində azacıq dəqiqlik çatışmır
"İnter"in təhlükəli hücumu korner, bu künc zərbəsi isə uğursuz başa çatır
Usim Ndukanın zərbəsi dəqiq alınmır
Benuahinin zərbəsini qapıçı zərərsizləşdirir
Meydan sahibləri ərazi üstünlüyünə malikdi
Ervin Bulkunun zərbəsində azacıq dəqiqlik çatışmır
Valeri Abramidze də uğursuz zərbə ilə yadda qalır
Vladimir Levin sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
George Boqyu nəhayət meydan sahiblərinin ərazi üstünyünü qola çevirir - 1:0
AZAL tam olaraq üstünlüyə malikdi və oyuna nəzarəti əlində saxlayır
"İnter" qol vurmağa çalışsa da, çox dişsiz görünür
AZAL-da Daunoraviçyus zədələnir
"İnter"də Asif Məmmədovu Samir Zərgərov əvəzləyir
Qonaqlar hücumu gücləndirməyə çalışırlar. Nizami Hacıyev də meydana çıxır
AZAL isə "bankirlər"in təhlükəli vəziyyət yaratmasına qətiyyən imkan vermir
Cahangir Həsənzadə Hacıyevin zərbəsini geri qaytarır
Vladimir Levin nəhayət ki, komandasını məğlubiyyətdən xilas etməyi bacarır - 1:1
Viktor İbekoyi matçı zədəli davam etdirmək məcburiyyətində qalır
Matç başa çatdı
 
 
SİMURQ - KƏPƏZ - 4:2 (2:1)
Qollar: Robertas Poşkus, 6 (1:0), Yuri Fomenko, 20 (1:1), Yevgeni Şmakov, 33 (2:1), Yevgeni Şmakov, 70 (3:1), Armand Feutchine, 78 (3:2), Tofiq Mikayılov, 80 (4:2).
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Qarşılaşma meydan sahiblərinin hücumları ilə başlayır
Robertas Poşkus dəqiq zərbə ilə meydan sahiblərini hesabda önə keçirir - 1:0
Gəncəlilərin bərabərlik qolunu vurmaq istəyi baş tutmur
Künc zərbəsi zamanı meydan sahibləri az qala ikinci qolu vuracaqdı. Mikayılovun zərbəsində azacıq dəqiqlik çatışmır
Üstünlük tamamilə meydan sahiblərinin əlindədi
Buna baxmayaraq, Yuri Fomenko qonaqları məğlubiyyətdən xilas edən qola imza ata bilir - 1:1
Fomenko daha bir qol vurmağa yaxın olsa da, müdafiəçilər ona imkan vermirlər
Yevgeni Şmakov meydan sahiblərini yenidən qola sevindirsə də, hakim onların sevincini gözlərində qoyur və bu qolu saymır
"Simurq" bu gün çox fəaldı
Yevgeni Şmakov istənilən halda öz arzusuna çatır - 2:1
Razvan Tarlea sarı vərəqə alır
44-cü dəqiqədə Razvan Tarlea 2-ci sarı/qırmızı vərəqə ilə meydandan qovulur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Mikayılovun zərbəsi dəqiq alınmır
Tofiqin uzaqdan daha bir zərbəsi qeyri-dəqiqdi
"Simurq" yenə üstün tərəfdi və hücumlarını davam etdirir
Azarkeşlər hakimdən narazıdılar
Adnan Hodziç qonaqların hücumunun qarşısını alır
Ceyhun Sultanovla İlkin Qırtımov az qala dalaşacaqdı
Ceyhun Sultanov sarı vərəqə alır
68-ci dəqqədə İlkin Qırtımov da qırmızı vərəqə alır və artıq hər iki komanda meydanda 10 nəfərlə mübarizə aparır
Yevgeni Şmakov özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:1
74-cü dəqiqədə Ceyhun Sultanov da 2-ci sarı/qırmızı vərəqə ilə meydandan qovulur
Armand Feutchine hesab arasındakı fərqi azaldır - 3:2
Amma Tofiq Mikayılov onların sevincini gözündə qoyur - 4:2
Armandın zərbəsi tirdən qayıdır
Rəhimovun da uzaqdan zərbəsi dirəkdən dönür
Matç başa çatdı
 
 
QARABAĞ – XƏZƏR LƏNKƏRAN - 0:1 (0:1)
Qol: A.Pit, 41, (0:1)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
 
Oyun başladı
4. Rauf Əliyev qonaqları əks-hücumda yaxalasa da, qapıya dəqiq zərbə endirə bilmir
7. Tərəflər ilk dəqiqələrdən daha çox mövqe mübarizəsinə girişiblər
16. Adamiya oyundakı ilk ən real qol vəziyyətindən yararlana bilmir
20. Adamiya daha bir qol epizodunu boşa verir. Sol cinahla cərimə meydançasına daxil olsa da, zərbəsi qeyri-dəqiqdi
25. "Qarabağ"ın daha bir təhlükəli hücumu zamanı qonaq müdafiəçilər topu kornerə çıxarmalı olurlar
28. Raufun təhlükəli zərbəsini Kamran Ağayev tutur
30. İlk yarım saatı "Qarabağ"ın aktivinə yazmaq olar. Hər halda meydan sahibləri rəqibə nisbətən daha fəaldılar
31. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Rəşad Sadiqov Kamranla üz-üzə qalsa da, qapıya dəqiq zərbə endirə bilmir
37. XL ilk real qol vəziyyətindən yararlana bilmir. Adrian Pitin ideal ötürməsini Deyan Rusiç boşa verir
40. XL artıq üstünlüyü ələ keçirib və daha böyük qüvvəylə hücuma keçir
41. Hücumların kəsərinin artması öz nəticəsini çox gözlətmir. Pit cərimə meydançası həndəvərindən dəqiqə zərbə ilə meydan sahiblərini məyus edir - 0:1
42. Elnur Allahverdiyev Raufa qarşı çox kobud oynayır və o zədələnir. Bu üzdən iki komandanın üzvləri arasında gərginlik yaşanmaqdadı
43. Fariz Yusifov Elnuru sarı vərəqə ilə cəzalandırır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Qara Qarayevin əvəzində meydana Leonardo Roşa çıxıb
"Qaabağ" ikinci hissəyə də fəal başlayıb
53. Pitə qarşı təhlükəli nöqtədə qayda pozulur
54. Cənubluların cərimə zərbəsi uğurlu alınmır
61. Rikardo Qomeşin zərbəsini Boyan Pavloviç tutur
62. Əfran qapı qarşısına diaqonal ötürmə zamanı dəqiq baş zərbəsiylə toru silkələsə də,hakim ofsayd qeydə alaraq qolu qeydə almır
63. Elnur Allahverdiyev Rəşad Sadiqova qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydanı erkən tərk etməli olur
65. Roşanın yerinə yetirdiyi cərimə zərbəsini Kamran tutur
70. Ağdamlılar təzyiqi artırsalar da, hələlik qol vurmaqda çətinlik çəkirlər
71. Əfranın ideal ötürməsindən sonra Raufun zərbəsi zamanı top dirəkdən qayıdır
72. XL-da Deyan Rusiçin əvəzində meydana Şəhriyar Xəlilov çıxır
75. Qurban Qurbanov artıq vabanka gedir. O, Maksim Medvedevi meydandan çıxararaq, uzun müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Vüqar Nadirovu döyüşə atır
77. XL-da Katalin Doman yerini Alim Qurbanova verir
80. Roşaya qarşı təhlükəli nöqtədə qayda pozuntusu və cərimə zərbəsi
81. Zərərçəkənin öz zərbəsi canlı səddən dönür
84. Georgi Adamiyanın əvəzində meydana İlqar Qurbanov çıxır
85. Vüqar Şəhriyara qarşı kobud oyuna görə sarı vərəqə alır
90. "Qarabağ"ın təzyiqləri demək olar ki, tam bəhrəsizdi
90. Matçın əsas vaxtına 4 dəqiqəq əlavə olunur
90+2. Roşanın təhlükəli zərbəsi Kamranda qalır
Matç başa çatdı
 
 
Turun qalan görüşləri sabah keçiriləcək: Turan – Bakı, Rəvan - Sumqayıt Şəhər, Neftçi - Qəbələ.
 
 
1
Xəzər Lənkəran
6
5
1
0
11-3
16
2
Qəbələ
5
3
2
0
6-3
11
3
İnter
6
3
1
2
5-5
10
4
Kəpəz
6
3
0
3
13-12
9
5
Bakı
5
2
2
1
6-5
8
6
AZAL
6
2
2
2
9-9
8
7
Qarabağ
5
2
1
2
3-3
7
8
Neftçi
4
2
0
2
6-4
6
9
Turan
5
2
0
3
6-7
6
10
Simurq
6
1
2
3
5-8
5
11
Rəvan
5
0
2
3
6-9
2
12
Sumqayıt Şəhər
5
0
1
4
2-10
1
 
 
Bombardirlər:
4 -
Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.