18 sentyabr 2011 20:21

Neftçi Qəbələni, Bakı Turanı 2 qolla keçdi, SŞ Rəvanla sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 qarşılaşma baş tutub.
 
Bu qarşılaşmalardan ikisi paytaxtda, biri isə əyalətdə baş tutub. “Turan” ötən tur ilk qollarını vuran “Bakı”nı qəbul edib və 2 cavabsız qolla uduzub. Çempionatın autsayderləri - “Rəvan” və “Sumqayıt Şəhər” “Dalğa Arena”da üz-üzə gəliblər və qolsuz heç-heçəyə razılaşıblar. Hesabat turuna “Neftçi” - “Qəbələ” qarşılaşması ilə yekun vurulub. Bakılılar 2 cavabsız qolla 3 xala sahib çıxıblar.
 
Premyer Liqa
6-cı tur
18 sentyabr (bazar)
 
NEFTÇİ - QƏBƏLƏ - 2:0 (0:0)
Qol: R.Abdullayev, 64 (1:0), A.Abdullayev, 85 (2:0).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
5. "Qəbələ" ilk dəqiqələrdən oyunda üstünlüyü ələ alıb
8. "Neftçi"nin hücumu zamanı Doroşev qonaqları qoldan xilas edir
13. Meydan sahibləri təhlükəli nöqtədən cərimə zərbəsi vuracaqlar. Bahodir Nasimova qarşı kobud oynadıqlarından o meydanı tərk etməli olur
14. Ruslan Abışovun yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapının yanından keçir
21. Rəşad Abdullayevin zərbəsini Doroşev çətinliklə də olsa, dəf edə bilir
22. Doroşev Nasimovla üz-üzə qalsa da, qapıçı rəqib hücumçunun qola sevinməsinə imkan vermir
23. Dodo həmyerlisi Flavinyonu cərimə meydançası yaxınlığında əllə saxlayır
24. Təyin olunan cərimə zərbəsi zamanı az qala qonaqlar avtoqola imza atacaqdılar
24. "Neftçi"nin künc zərbəsi bəhrəsiz qalır
30. Tərəflərin cəhdləri hələ ki, qol üçün yetərli deyil
30. "Qəbələ"nin çox təhlükəli hücumu zamanı meydan sahiblərinin bəxti gətirir
39. Rəşadın çox təhlükəli zərbəsi qapıdan azca aralı keçir
44. Nasimovun zərbəsini Doroşev tutur
İlki yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Dodo əlverişli mövqedən dəqiq zərbə endirə bilmir. Çox gözəl şansı qaçırdı
49. Flavinyonun uzaqdan zərbəsini Doroşev kornerə çıxarır
53. "Neftçi" təzyiqi artırıb, amma qol vurmaq cəhdləri hələ ki, bəhrəsizdi
55. Flavinyoya qarşı cərimə meydançası yaxınlığında kobudluğa görə cərimə zərbəsi təyin olunur
56. Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsi qol gətirmir
60. Qonaqların vurduğu künc zərbəsi zamanı Saşa Yunisoğlu az qala hesabı açacaqdı. Azacıq dəqiqlik çatışmadı
63. Flavinyoya qarşı təhlükəli nöqtədə daha bir qayda pozuntusu. Kamara buna görə sarı vərəqə alır
63. Georgiyevski yerini Cavid İmamverdiyevə verir
64. Rəşad Abdullayev cərimə zərbəsindən möhtəşəm qola imza atdı - 1:0
75. "Qəbələ"nin cavab qolunu vurmaq istəyi hələ ki, bəhrəsizdi
78. Arif İsayevi Murad Hüseynov əvəzləyir
79. Dodo cərimə meydançasına girmək istərkən Mirhüseyn Seyidov onu yıxır və sarı vərəqə alır
79. Cərimə zərbəsindən heç nə çıxmır
84. "Qəbələ"ni ikinci qoldan qapı dirəyi xilas edir
85. Rəşad Abdullayev yenicə meydana çıxan Araza ideal ötürmə verir, o da öz növbəsində dəqiq zərbə ilə ikinci qolu vurur - 2:0
87. Nasimov da sarı vərəqə alır
90. Rail Məlikov da sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
 
RƏVAN - SUMQAYIT ŞƏHƏR - 0:0 (0:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. "Dalğa Arena" stadionu.
 
Oyun başadı
Matç meydan sahiblərinin hücumlarıyla başlayıb
Qarşılaşmanın ilk dəqiqələri çox sakit və daha çox mərkəzdə keçir
"Rəvan"ın qapıçısı qonaqların hücumu zamanı komandasını qoldan xilas edir
SŞ daha çox hücum təşkil edir
"Rəvan"ın üstünlüyü ələ almaq cəhdləri hələ ki, uğurlu alınmır
Oyunda ciddi qol epizodu yaradan yoxdu
SŞ əsas diqqəti müdafiəyə ayırmaqla əks-hücumlara üstünlük verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
SŞ ikinci hissəyə fəal başlayıb
"Rəvan" rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, qolla nəticələnmir
Çox sönük oyun gedir və demək olar ki, qol vəziyyəti yaradılmır
Qonaqların qapısına penalti təyin olunur
Miloş Zeçeviç penaltidən yararlana bilmir
Matç başa çatdı
 
 
TURAN - BAKI - 0:2 (0:1)
Qol: Uinston Parks, 43 (0:1), Rəhman Hacıyev, 90+3 (0:2).
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
Matçdakı ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratsalar da, qonaq müdafiəçilər sayıq oynayırlar
Sergey Artyux rəqib qapıçı ilə üz-üzə qalsa da, çempionatımızın bombardiri bu şansdan yararlana bilmir
"Bakı"nın qapısı qarşısında yaradılan 3 ardıcıl kornerdən heç nə alınmır
Şarliya komandasını qoldan xilas edir
"Turan"ın qapısına penalti təyin olunur
İnanmayacaqsız, amma reallıqdı. "Bakı" bu penaltidən də qol vura bilmir. Bu dəfəki antiqəhrəman Juninyodu
Cəmşid Məhərrəmov sarı vərəqə ilə cəzalanır
Verpakovski "Turan"ın qapıçısı ilə üz-üzə qalsa da, məğlub ayrılır
Nadir Nəbiyev Samir Əliyevin ideal ötürməsini qola çevirə bilmir
Aleksandr Soliçin cərimə zərbəsi qapının üstündən keçir
Uinston Parks hissənin sonlarında komandasını hesabda önə keçirir - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Turan" ikinci hissəyə hücumlarla başlayıb və hesabı bərabərləşdirməyə çalışır
Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı qonaqların bəxti gətirir
"Turan" rəqibini tamamilə qapısına sıxışdırsa da, qol vurmağı bacarmır
Anar Nəzirov tovuzluları qoldan xilas edir
"Turan"ın daha bir təhlükəli hücumu zamanı qonaqların bəxti gətirir
Beriaşvili rəqibin cərimə meydançasında yerdə qalır. Hakim isə onu simulyasiyada günahlandırıb sarı vərəqə alır
"Bakı"da Parksı Çesnauski əvəzləyir
"Turan"ın qola sevinməsinə qapı çatı mane olur
Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Soliçin əvəzində meydana Vadim Boret çıxır
Rəhman Hacıyev matçın yekun nəticəsini müəyyənləşdirir - 0:2
Matç başa çatdı
 
 
Qeyd edək ki, turun ilk oyun günündə bu görüşlər keçirilmişdi: Qarabağ - Xəzər Lənkəran - 0:1, Simurq - Kəpəz - 4:2, AZAL – İnter - 1:1.
 
 
1
Xəzər Lənkəran
6
5
1
0
11-3
16
2
Bakı
6
3
2
1
8-5
11
3
Qəbələ
6
3
2
1
6-5
11
4
İnter
6
3
1
2
5-5
10
5
Neftçi
5
3
0
2
8-4
9
6
Kəpəz
6
3
0
3
13-12
9
7
AZAL
6
2
2
2
9-9
8
8
Qarabağ
5
2
1
2
3-3
7
9
Turan
6
2
0
4
6-9
6
10
Simurq
6
1
2
3
5-8
5
11
Rəvan
6
0
3
3
6-9
3
12
Sumqayıt Şəhər
6
0
2
4
2-10
2
 
Bombardirlər:
4 -
Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.