17 sentyabr 2011 00:33
Beşiktaş və Bursaspor rəhbərliyindən azarkeşlərinə şok qərar
Türkiyənin iki aparıcı klubları – “Bursaspor” və “Beşiktaş” rəhbərliyi azarkeşlərini şoka salan qərar qəbul edib. Azerisport.az xəbər verir ki, bu klublar öz aralarında oynanılacaq matçlarda rəqib azarkeşlərin iştirak etməməsinə dair xüsusi razılıq əldə ediblər.
“Bursaspor” və “Beşiktaş” klubları ən azı 2011-2012 mövsümündə öz meydanlarındakı oyunlarda rəqib azarkeşlərin iştirak etməyəcəyinə dair razılığa gəldiklərinə dair qərarı artıq Türkiyə Futbol Federasiyasına da (TFF) bildiriblər. TFF isə öz növbəsində bununla bağlı rəsmi məlumat yaymaqla bir növ sözügedən klubları dəstəklədiklərini nümayiş etdirib.
Xatırladaq ki, ötən mövsüm bu iki klubun azarkeşləri arasında ciddi toqquşmalar baş vermiş, xeyli insan iğtişaşlar yaratdığı üçün həbs olunmuş, “Beşiktaş”la “Bursaspor” arasındakı oyun isə keçirilməmişdi.
