16 sentyabr 2011 11:22

Arif Daşdəmirov: Buna görə küsmək fikrim yoxdu

“İnter”in müdafiəçisi Arif Daşdəmirov Premyer Liqanın 4-cü turundan təxirə salınan və dünən keçirilən “Sumqayıt Şəhər”lə oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
-  Bu mövsüm “İnter” zəif komandaları çox çətinliklə məğlub edir. Bu, nə ilə bağlıdı?
- Kimə indi asanddı ki? Əsas odu ki, bu komandalarla oyunlarda xal itirmirik. Çətin oyun oldu. Amma buna baxmayaraq, layiqli qələbə qazandıq. Bu görüşdən 3 xalla ayrılmaq bizim üçün çox vacib idi. Gənclərdən qurulmuş yaxşı komandaya qarşı oynayırdıq. Hansı ki, sona kimi döyüşməyi bacarır. Bu gün həm də isti hava olduğundan, oynamaqda bir qədər çətinlik yaradırdı.
 
- Bu oyunda vurduğunuz qol sizin üçün “İnter”də ilk idi?
- Bəli. Artıq ikinci mövsümdü burda çıxış etsəm də, qol vurmaq nəsib olmurdu. Ümumiyyətlə, uzaq məsafədən heç vaxt qol vurmamışdım.
 
- Sizi bir neçə dəfə yığma komandaya dəvət etsələr də, hələ rəsmi oyunlarda debüt edə bilməmisiz...
- Bunun səbəbini heç özüm də bilmirəm. Bu, baş məşqçinin qərarıdı. Azərbaycan yığmasında oynamağı mən də çox istərdim. Amma buna görə küsmək fikrim yoxdu.
 
- Qarşıdan gələn AZAL-la oyunu prinsipial saymaq olar?
- Çox çətin oyun olacaq. Şüvəlanda oynayacağıq. Amma bu, heç nə demək deyil. Bizə istənilən halda qələbə qazanmaq lazımdı. Öz futbolumuzu oynaya bilsək, udacağıq. Onları səfərdə məğlub edəcək gücdəyik.
 
- Turnir cədvəlində 9-cu pillədə yer almaq yəqin ki, xoşunuza gəlmirdi...
- Əlbəttə, buna alışmamışıq və turnir cədvəlində alt pillələrdə yer almaq heç də xoş deyil. Amma gördüyünüz kimi, orda çox qalmadıq. Liderlər qrupunda qalmaq istəyiriksə, AZAL-ı məğlub etməliyik. Bizim yerimiz ancaq yuxarılardı.

- Yeri gəlmişkən, siz öz futbolunuzu oynamaqla qələbə qazanmaqdan danışdınız. Amma bu mövsüm “İnter”in hansı futbolu oynadığını söyləmək çətindi. Məsələn, elə “Sumqayıt Şəhər”lə oyunun ilk yarısında meydan sahibləri daha fəal idi. Siz yalnız fasilədən sonra üstünlüyü ələ bildiz...
- Əlbəttə, elə məhz ikinci hissədə oynadığımız futbolu nəzərdə tuturam. İlk yarı heç də yaxşı alınmadı. Onu bir daha təkrarlamamalıyıq. Çünki digər rəqibləmiz elə şeyləri bizə bağışlamayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.