16 sentyabr 2011 12:26
Millimizin rəqibi Rusiya ilə bacarmadı
Futzal üzrə Portuqaliya yığması daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, komandanın rəqibi yenə qonşu Rusiya seçməsi olub.
Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüş 3:3 hesabı ilə başa çatıb. Belə ki, portəgizlər çox çalışsalar da, ardıcıl ikinci qələbəyə sevinə bilməyiblər.
Qeyd edək ki, bu komandalar arasında iki gün öncə baş tutan görüşdə portuqaliyalılar rusları 2:1 hesabıyla məğlub etmişdilər. Portuqaliya yığması AÇ-2012-nin final mərhələsində Azərbaycan millisiylə eyni qrupda yer alır.
