16 sentyabr 2011 12:40
Vaqif Cavadov Spartaka qarşı oynaya biləcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Rusiya çempionatının növbəti turunda meydana çıxa biləcək. Azerisport.az xəbər verir ki, “Volqa”da çıxış edən həmyerlimiz Nalçik “Spartak”ı ilə qarşılaşmanın hazırlıqlarında yaxından iştirak edir.
Xatırladaq ki, Vaqif son turda “Anji”yə qarşı keçirilən qarşılaşmada (1:2) heç görüşün iştirak ərizəsinə də salınmamışdı. Buna onun yığmamızın düşərgəsindən zədəli qayıtması səbəb olmuşdu.
Lakin artıq zədəsini tam sağaldaraq, sıraya qayıdan Cavadovun sentyabrın 17-də keçiriləcək “Spartak”la qarşılaşmada forma geyməsində problem qalmayıb.
