17 sentyabr 2011 13:36

Eder Bonfim: Neftçinin futbolçularının nə deməsi önəmli deyil

“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim azerisport.az saytına müsahibəsində “Neftçi” ilə son oyundan, “Qarabağ”la qarşıdakı görüşdən və yığma komandamızın DÇ-2014-dəki şanslarından danışıb.
 
- Qarşıda sizi “Qarabağ”la oyun gözləyir...
- Çempionatın bütün oyunları çətindi. “Qarabağ”la görüşümüz də istisna deyil. Prinsipcə, “Qarabağ”ı hələ o qədər də yaxından tanımıram. Çünki Azərbaycan futbolu haqda bilgim elə də çox deyil. Odu ki, rəqib haqda konkret nəsə deyə bilmərəm. Amma baş məşqçimizin dediklərindən belə çıxır ki, rəqibin heyətində yaxşı futbolçular var. Bilirəm ki, çətin oyun olacaq. Buna baxmayaraq, çempionatdakı liderliyimizi saxlamaq istəyirik.
 
- Azərbaycana kimi Portuqaliya və Rumıniya çempionatlarında da çıxış etmisiz. Yəqin ki, fərq böyükdü...
- Fikrimcə, Portuqaliya çempionatı barədə əlavə nəsə deməyə ehtiyac yoxdu. Bu, çıxış etdiyim ən güclü çempionat olub. Özünüz də Portuqaliya klublarının son dövrlərdəki uğurlarını görürsüz. Orda futbola qoyulan pul da çoxdu, uğurlar da. Rumıniya çempionatının da səviyyəsi yaxşıdı. Onların da klubları avrokuboklarda nəsə etməyə çalışırlar. Amma təbii ki, Portuqaliya çempionatından geri qalırlar. Hər halda bu ölkələrin çempionatı Azərbaycan birinciliyindən daha yüksəkdə durur. Amma burda bu templə inkişaf getsə, uğurlar özünü çox gözlətməyəcək. Görürəm ki, bura çoxlu yaxşı legionerlər gəlirlər. Bu, yerli futbolun inkişafına çox kömək edir.

- Vaxtilə çıxış etdiyiniz “Benfica” son mövsümlərdə avrokuboklarda uğurları sıralamaqdadı. Orda qalmadağınıza təəssüflənmirsiz?
- Bu komandada yarım il çıxış etmişəm. Bu, mənim üçün böyük təcrübə idi. Orda möhkəmlənə bilmədiyim üçün təbii ki, məyusluq hiss edirəm. Gənc, təcrübəsiz idim. Özü də mən ora gedəndən az sonra baş məşqçi dəyişikliyi oldu ki, yeni gələn də xidmətimdə maraqlı olmadı. Fikrimcə, daha çox şans qazansaydım, özümü daha yaxşı tərəfdən göstərə bilərdim. Amma bunu görmədim.
 
- Portuqaliya futbolunu yaxından tanıyan biri kimi, bu ölkə yığmasının DÇ-2014-ün seçmə mərhələsində yığmamızla qarşılaşacağından yəqin ki, xəbərdarsız...
- Şübhəsiz ki, Portuqaliya qrupunuzun favoritidi. Onların heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Azərbaycan yığmasına çox çətin olacaq. Düzdü, Azərbaycan da son matçlarında yaxşı oyun sərgilədi, Belçikadan xal aldı, Qazaxıstanı məğlub etdi. Düşünürəm ki, DÇ-2014-ün seçmə mərhələsində yığmanız daha yaxşı oynamağa başlayacaq. Hər şey ola bilər.
 
- “Xəzər Lənkəran”ın “Neftçi” üzərində qazandığı qələbəni necə dəyərləndirərdiz?
- Çətin oyun oldu. Hesab edirəm ki, komandamız meydanda kompakt şəkildə mübarizə apardı. Biz təşkilatlanmış şəkildə oynadıq, baş məşqçimizin bütün taktiki tapşırıqlarını həyata keçirdik. Həm də biz qələbəni daha çox arzulayırdıq və buna nail olduq. Əsas odu ki, 3 xalı qazandıq. Belə derbilərdə qalib gəlmək çox xoşdu.

- “Ağ-qaralar” hesab edirlər ki, bu oyunda bəxtiniz gətirdiyi üçün qələbə qazandınız...
- Bu qələbə artıq tarixdə qaldı. Əsas odu ki, buna nail olduq. Rəqib komandanın futbolçularının nə deməsi önəmli deyil. Çünki hər kəsin bir cür fikri var. Mən hesab edirəm ki, komandamız həmin oyunda daha yaxşı çıxış etdi. Bizim qol vurmaq üçün daha real qol vəziyyətlərimiz olsa da, “Neftçi”də heç bu da olmadı. Odu ki, bizim qələbəmiz tam layiqli idi.
 
- “Xəzər Lənkəran”ın əsas rəqibi kimi hansı komandanı qeyd edərdiniz?
- Çox yaxşı bilməsəm də, “Qəbələ”ni hələ ki, əsas rəqib görürəm. Hansı ki, indi ikinci pillədə gedir. “Qarabağ”, “Bakı” və “Neftçi”ni də qeyd etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.