17 sentyabr 2011 15:49
XL Qarabağı məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 6-cı turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Belə ki, sorğuya qatılanların çox cüzi hissəsi (10 faiz və ya 72 səs) bu görüşün heç-heçə bitəcəyini güman edir. Qarşılaşmanın “Qarabağ”ın qələbəsiylə bitəcəyini güman edənlər 44 faiz (321 səs) təşkil edir. “Xəzər Lənkəran”ın qələbə qazanacağına isə bir qədər artıq səs verilib. Cənubluların qələbəsinə inananlar cüzi də olsa, üstünlük təşkil edirlər – 46 faiz (329 səs).
