17 sentyabr 2011 18:42
Qurbanov: Mövsümün əvvəlinin belə uğursuz alınmasına alışmışıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı doğma meydanda üzləşdikləri minimal hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Xəzər Lənkəran” vacib qələbə qazandı. “Neftçi” üzərində qalibiyyətdən sonra “Xəzər Lənkəran” komandasında arxayınçılıq ola bilərdi, ancaq hiss olunurdu ki, həmişə olduğu kimi bu oyuna da ciddi hazırlaşıblar. Rəqibimiz düzgün oyun qurdu və qələbə qazandı. Onları təbrik edirəm və uğurlar arzulayıram. Bizim bir sıra çatışmazlıqlarımız var. Sabit oyun nümayiş etdirə bilmirik. Bu da normal haldı. Biz belə çətinliklərlə çox qarşılaşmışıq. Artıq buna alışmışıq. Heç kimə etiraz etmək fikrim yoxdu. Sadəcə mən istərdim ki, kənarda etiraz edib qışqıran azarkeşlər mənimlə görüşsünlər”.
