17 sentyabr 2011 20:08
Sergey Yuran: Futbolçu öz işi ilə məşğul olmalıdı
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 6-cı turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis doğma meydanda qazandıqları 4:2 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Bu qələbəni azarkeşlərimizə həsr edirik. Son həftələr bizim üçün çox çətin alındı. Amma hər şeyə rəğmən azarkeşlər bizi yalnız qoymadılar. Futbolçumuzun meydandan qovulmasına gəlincə, onların işi meydanda öz işləri ilə məşğul olmaqdan ibarətdi. Hər kəs öz futbolunu oynamalıdı”.
