17 sentyabr 2011 20:34
Mehman Allahverdiyev: Qırmızı vərəqələr ədalətli idi
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 6-cı turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı rəqib meydanında üzləşdikləri 2:4 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Çox gərgin oyun alındı. Buna görə də futbolçular bu qədər qırmızı vərəqə aldılar. Hesab edirəm ki, bütün qırmızı vərəqələr ədalətli idi. Bu gün sərgilədiyimiz oyuna gəlincə, bizə sadəcə yaratdığımız qol vəziyyətlərindən yararlanmaqda müəyyən çətinliklərlə üzləşdik”.
