17 sentyabr 2011 21:58
“Bu cür meydanlar çox olmalıdı ki...”
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 6-cı turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis rəqib meydanında qeydə alınan 1:1 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“Oyun baxımlı alındı, hər iki komanda hücum futbolu oynadı. Futbolçularımdan razı qaldım, sonadək mübarizə apardıq. Qol epizodlarından lazımınca istifadə edə bilməməyimiz narazı qaldığım yeganə məqamdı. Bugünkü oyunda qalib də gələ bilərdik, məğlub da ola bilərdik, lakin oyun heç-heçə başa çatdı. Stadionunun vəziyyəti gözəl oyun göstərməyə imkan verirdi. Bu, bir daha göstərir ki, futbolda infrastruktura fikir vermək lazımdı. Bu cür meydanlar çox olmalıdı ki, komandalar baxımlı oyun göstərə bilsinlər”.
