17 sentyabr 2011 22:05
Elxan Abdullayev: Biz tamamilə üstün oynadıq
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 6-cı turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı doğma meydanda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“Çox güclü rəqiblə qarşılaşdıq. “İnter” özünü təsdiq etmiş komandadı, bir dəfə Azərbaycan çempionu olub. İlk hissədə, bəlkə də, rəqib bizdən yaxşı oynadı. Lakin ikinci hissədə biz tamamilə üstün oynadıq. İlk qoldan sonra daha bir qol vura bilərdik, təəssüf ki, imkandan yararlana bilmədik. Standard vəziyyətdə isə ucaboylu Vladimir Levin imkandan istifadə edib qapımıza qol vurdu. Heç-heçə oynadıq, bu, futboldu”.
