18 sentyabr 2011 00:02

Hər şey Xəzər Lənkəran üçün

Premyer Liqada çox maraqla gözlənilən 6-cı turun artıq 3 oyunu geridə qaldı. Azerisport.az xəbər verir ki, demək olar eyni gücə malik komandaların üz-üzə gəldiyi turun ilk oyun günündə maraqlı görüşlər baş tutdu.
 
Turun ilk və mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəranı” qəbul edirdi. Quzanlı qəsəbə stadionu təmirə bağlandığından Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutan oyun xüsusilə meydan sahibləri üçün vacib əhəmiyyət daşıyırdı. 4-cü turda “Qəbələ”, 5-ci turda isə “Sumqayıt Şəhər” ilə oyunlarda vacib xallar itirən Ağdam təmsilçisi “Xəzər Lənkəran”a da məğlub olacağı hala, çempionluq yolunda daha vacib xallar itirmiş olacaqdı. Bu baxımdan Qurbanovun komandası mütləq qələbə qazanmaqla durumunu bir qədər yaxşılaşdırmağa borcluydu. 5-ci turda “Neftçi”ni məğlub edərək zirvədə öz yerini möhkəmlədən “Xəzər Lənkəran” isə bu qarşılaşmadan qalib ayrılacağı təqdirdə daha bir çətin sınaqdan üzüağ çıxmış olacaqdı.
 
Görüşə daha yaxşı başlayan “Qarabağ” məhz həmin vaxt ərzində sərgilədiyi oyunla qələbə qazanacağına dair təəssürat yaratdı. Amma fasilənin sonlarında oyunda tarazlıq yaradan Mirça Rednikin komandası tezliklə bunun bəhrəsini gördülər. Cənublular elə ilk təhlükəli hücumlarındaca Adrian Pitin dəqiq zərbəsi ilə qola sevindilər. Bundan sonra “Qarabağ” çox çalışsa da, qonaqların müqavimətini qıra bilmədi. Hətta cənubluların müdafiəçisi Elnur Allahverdiyevin meydandan qovulması da Qurbanovun komandasına heç bir uğur gətirmədi. Ardıcıl üçüncü oyundakı xal itkisi isə bir qrup ağdamlı azarkeşin baş məşqçini istefaya çağırması ilə nəticələndi. Baxmayaraq ki, Qurbanovun buna nə dərəcədə layiq olun-olmadığı xüsusi müzakirə mövzusu ola bilər.
 
6-cı turun daha bir maraqlı qarşılaşması Zaqatalada keçirildi. Burada yerli “Simurq” son turlarda baxımlı oyun nümayiş etdirən “Kəpəz”i qəbul edirdi. Öncəki iki turda qələbə qazanan Gəncə təmsilçisi hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşdığından, bu görüşdə də asanlıqla 3 xala sahib çıxacağı gözlənilirdi. Axı son iki qarşılaşmada “Bakı” və AZAL kimi güclü rəqiblərin qapısından altı top keçirən gəncəlilər 11 qolla Premyer Liqanın ən çox qol vuran komandasıydı.
 
Lakin, maraqlıdı ki, bu komandalar arasında keçirilmiş 6 çempionat oyununun heç birində Gəncə təmsilçisi rəqibini üstələyə bilməmişdi. Elə bu oyun da istisna olmadı. Belə ki, oyuna hücumlarla başlayan meydan sahibləri erkən qol vurdular. Az sonra qonaqlar hesabı bərabərləşdirsələr də, fasiləyə kimi Sergey Yuranın komandası daha bir qol vurmağı bacardı. Elə ikinci hissədə də meydan sahibləri 2, gəncəlilər 1 qola sevindilər. Amma fasilədən sonra daha çox 3 futbolçunun meydandan qovulması diqqətçəkən oldu. Kifayət qədər gərgin və maraqlı keçən görüşdə bu qədər qırmızı vərəqənin göstərilməsini bəlkə də normal saymaq olar.
 
Turun ilk oyun gününə AZAL – “İnter” paytaxt derbisi ilə yekun vuruldu. Bir neçə gün öncə səfərdə 4-cü turun təxirə salınmış oyununda “Sumqayıt Şəhər”i məğlub edən “İnter” bu oyun öncəsi turnir cədvəlinin dördüncü pilləsində qərarlaşmışdı. Sabit oyun nümayiş etdirməyən Elxan Abdullayevin komandası isə yeddi xalla turnir cədvəlinin 7-ci pilləsində yer alırdı. “Təyyarəçilər”in “İnter”lə oyundan sonra 7-ci turda “Qarabağ”ı qəbul edəcəyini nəzərə alsaq, liderlər qrupundan uzaqlaşmamaq üçün AZAL-ın bu çətin ev oyunlarından minimal xal itkisi ilə çıxması vacib idi.
 
Elə oyunun gedişində də meydan sahibləri sərgilədikləri oyunla qələbəni daha çox istədiklərini nümayiş etdirdilər. Hətta “təyyarəçilər” uzun müddət hesabda öndə olan tərəf idilər. Lakin son dəqiqələrdə hücuma qoşulan Vladimir Levinin vurduğu qol AZAL-ı vacib qələbədən etdi. “İnter” isə qazandığı bir xala da sevinə bilər. Lakin bu heç-heçəyə elə zirvədəki “Xəzər Lənkəran” da sevinə bilər. Axı necə də olmasa, əsas rəqiblərinin belə xal itkiləri həm də cənubluların işinə yaramış olur.
 
Premyer Liqa
6-cı tur
 
Qarabağ - Xəzər Lənkəran - 0:1
Qol: Adrian Pit, 42.
Vərəqələr: Vüqar Nadirov, 84 (rəqibi tutduğuna görə) - Elnur Allahverdiyev, 44 (kobud oyun); 63 (kobud oyun) - sarı. Elnur Allahverdiyev, 63 (kobud oyun).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
17 sentyabr 2011. Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev (88. Leonardo Roşa, 46), 5. Maksim Medvedev (17. Vüqar Nadirov, 75), 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (18. İlqar Qurbanov, 84).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 9. Bəxtiyar Soltanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 7. Katalin Doman (18. Alim Qurbanov, 78), 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit , 32. Mario Rosas (22. Antoni Semedo, 46), 33. Dejan Rusiç (23. Şəhriyar Xəlilov, 72), 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 27. Habil Nurəhmədov.
Baş məşqçi: Mirça Rednik.
 
Simurq - Kəpəz - 4:2
Qollar: Robertas Poşkus, 6 (1:0), Yuri Fomenko, 19 (1:1), Yevgeni Şmakov, 32 (2:1), Yevgeni Şmakov, 70 (3:1), Armand Feutchine, 76 (3:2), Tofiq Mikayılov, 80 (4:2).
Vərəqələr: Vidas Alunderis, 10 (idmançıya yaraşmayan hərəkət), Rasim Ramaldanov, 81 (idmançıya yaraşmayan hərəkət) - Razvan Tarlea, 35 (idmançıya yaraşmayan hərəkət), 45 (kobud oyun), Yuri Fomenko, 40 (idmançıya yaraşmayan hərəkət), Ceyhun Sultanov, 65 (idmançıya yaraşmayan hərəkət) – sarı; İlkin Qırtımov, 65 (azarkeşləri təhqir etdiyinə görə, aqressiv davranış) - Razvan Tarlea, 45 (kobud oyun), Ceyhun Sultanov, 74 (idmançıya yaraşmayan hərəkət) – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
17 sentyabr 2011. Zaqatala. Olimpiya Kompleksinin stadionu. 1500 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov, 10. Tofiq Mikayılov, 11. Robertas Poşkus, 13. Aleksandr Şemonayev, 14. Andrey Rubin (17. Rüstəm Məmmədov, 73), 28. Yevgeni Şmakov (6. Mikayıl Rəhimov, 82), 79. Vidas Alunderis.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 15. Anar Həsənli, 21. Kristap Qrebis, 23. Ruhid Usubov, 27. Ramil Sayadov.
Baş məşqçi: Sergey Yuran.
Kəpəz: 22. Konstantin Kolesnikov, 5. Ərdoğdu Muammer, 10. Ceyhun Sultanov (k), 14. Dmitri Parxaçov (11. Sabir Allahquliyev, 72), 15. Şahin Kərimov, 19. Zaur Əsədov (34. Cavad Mirzəyev, 46), 23. Junivan Suares, 28. Milan Antiç, 30. Yuri Fomenko, 8. Armand Feutchine, 32. Razvan Tarlea.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 4. Azər Məmmədov, 7. Asəf Qədiri, 17. Renat Sultanov, 25. Anton Qay.
Baş məşqçi: Mehman Allahverdiyev.
 
AZAL - İnter - 1:1
Qollar: Georgi Boqyu, 49 (1:0), Vladimir Levin, 87 (1:1).
Vərəqə: Vladimir Levin, 38 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
17 sentyabr 2011. Bakı. "AZAL" stadionu. 2000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 6. Mindauqas Daunoraviçyus (19. Hüseyn Axundov, 60), 16. Bronislav Arsenyeviç, 7. Tərlan Xəlilov, 11. Zohair Benouahi, 88. Ervin Bulku, 17. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 9. Vüsal Qarayev (8. Elşən Məmmədov, 58), 15. Georgi Boqyu (25. Ruis Kristian, 82).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 20. Mansur Limani, 14. Orxan Səfiyaroğlu, 22. Elgün Abbaslı.
Baş məşqçi: Elxan Abdullayev.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 9. Enyo Krastovçev (20. Girt Karlson, 69), 11. Asif Məmmədov (6. Samir Zərgərov, 63), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 23. Şəhriyar Rəhimov (8. Nizami Hacıyev, 72), 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 7. Ruslan Poladov, 16. Elnur Abdulov, 28. Baçana Tsxadadze.
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
Turun qalan görüşləri bu gün keçiriləcək: Turan – Bakı, Rəvan - Sumqayıt Şəhər, Neftçi - Qəbələ.
 
 
1
Xəzər Lənkəran
6
5
1
0
11-3
16
2
Qəbələ
5
3
2
0
6-3
11
3
İnter
6
3
1
2
5-5
10
4
Kəpəz
6
3
0
3
13-12
9
5
Bakı
5
2
2
1
6-5
8
6
AZAL
6
2
2
2
9-9
8
7
Qarabağ
5
2
1
2
3-3
7
8
Neftçi
4
2
0
2
6-4
6
9
Turan
5
2
0
3
6-7
6
10
Simurq
6
1
2
3
5-8
5
11
Rəvan
5
0
2
3
6-9
2
12
Sumqayıt Şəhər
5
0
1
4
2-10
1
 
 
Bombardirlər:
4 -
Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.