17 sentyabr 2011 12:12
Dünyanın ən çox qazanan klubu müəyyənləşdi
2010/11 illər mövsümündə ən çox gəlir əldə edən klubun adı açıqlanıb. Azerisport.az xəbər verir ki, İspaniyanın "Real" (Madrid) klubu bu mübarizədə bütün rəqiblərini qabaqlayaraq birinci olub.
La Liqanın hazırki lideri olan "Real"ın bu mövsüm gəliri 8,6 faiz artaraq 480,2 avroya yüksəlib. Klubun rəsmi internet saytı da "Real"ın ən çox qazanan komanda olmasını təsdiqləyib.
Qeyd edək ki, "Real" əzəli rəqibi "Barselona" ilə birgə televiziya yayım hüququndan 140 milyon avro qazanır.
