18 sentyabr 2011 13:23
Lusio Romanın qapıçısını xəstəxanalıq etdi (VİDEO)
İtaliya A Seriyasının 3-cü turu çərçivəsində ötən gecə keçirilən "İnter" - "Roma" oyunu paytaxt klubu üçün ağır itki ilə yekunlaşıb. Azerisport.az xəbər verir k, matçın 16-cı dəqiqəsində zədələnən "Roma"nın hollandiyalı qapıçısı Martin Stekelenburq xəstəxanaya aparılıb.
Top uğrunda mübarizə zamanı "İnter"in braziliyalı müdafiəçisi Lusio Stekelenburqun sifətinə zərbə endirib və Hollandiya millisinin qapıçısı huşunu itirdiyindən oyunu davam etdirə bilməyib. Sifəti partlayan qolkiperi komanda yoldaşı Boqdan Lobont əvəzlədiyi halda, Stekelenburq dərhal Milanın yaxınlıqdakı xəstəxanalarından birinə götürülüb. Sifətinə iki tikiş atılan qapıçının bir sutkanı xəstəxanada keçirdikdən sonra evə buraxılacağı bildirilir.
Sonda onu da bildirək ki, Lusio bu hərəkətinə görə sadəcə sarı vərəqə ilə cəzalandırılıb.
