18 sentyabr 2011 14:07
Didi Konstantini: Azərbaycanla oyunun heç bir mənası yoxdu
Futbol üzrə Avstriya yığmasının sabiq baş məşqçisi Didi Konstantini postundan getməsi ilə bağlı növbəti fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, o, Avstriya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Avstriya yığmasının baş məşqçisi postunda olduğum müddətdə heç də az olmayan təcrübə topladım. Qarşıdakı Azərbaycan və Qazaxıstan yığmaları ilə oyunlara gəlincə, bu barədə nəsə deməyə ehtiyac duymuram. Çünki həmin oyunların heç bir mənası yoxdu”.

Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Avstriya yığmasını Bakıya Konstantini gətirməli olsa da, onun istefası üzündən bu komandanın millimizlə görüşdə kim tərəfindən meydana çıxarılacağı hələ dəqiq deyil. Avstriyanın millimizlə oyunu oktyabrın 7-də, Qazaxıstanla görüşü isə ayın 11-də olacaq.