18 sentyabr 2011 14:42
Futbolçular məşqə lüt çıxdılar (FOTO)
Norveç çempionatında futbolçulara inanılmaz cəza verilib. Azerisport.az xəbər verir ki, iki futbolçu mərcdə uduzduqlarına görə məşqə lüt çıxmalı olublar.
Belə ki, birinci divizionda mübarizə aparan "Sandefjord" klubunun əsas qapıçıları İvens Austbo və Kolin Burns gənc qolkiperlər Berntzen və Antonsenlə tennis oynayıblar. Onlar əvvəlcədən şərtləşiblər ki, uduzan tərəf komandanın məşqinə çılpaq şəkildə çıxacaq.
Nəticədə təcrübəli qapıçılar oyunda qələbə qazanıb və gənc qolkiperlər cəza olaraq məşqə lüt çıxmalı olublar.
