18 sentyabr 2011 00:37
Simurq – Kəpəz matçında qalmaqal
Premyer Liqanın 6-cı turunun Zaqatalada keçirilən "Simurq" - "Kəpəz" oyunu qalmaqalsız ötüşməyib. Azerisport.az xəbər verir ki, hadisəyə səbəb İlkin Qırtımovun hərəkəti olub.
Belə ki, "Simurq"un futbolçusu qarşılaşmanın 65-ci dəqiqəsində "Kəpəz" azarkeşlərini söyüb. Bundan sonra azarkeşlər etiraz etməyə başlayıb. Qırtımov onu sakitləşdirməyə çalışan Ceyhun Sultanovu da itəliyib və bununla vəziyyət daha da gərginləşib.
Olaya polis müdaxilə edib. Ardınca fan-klubun rəhbəri Elmar Əliyev başda olmaqla bir qrup azarkeş həbs olunaraq, polis idarəsinə aparılıb. Onlardan bəzilərinin həbs olunmasına isə gəncəli futbolçular mane olublar.
