18 sentyabr 2011 15:34
Petar Zlatinov: Biz o oyunda uduzmamalıydıq
“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov Premyer Liqanın 6-cı turunun AZAL-la oyunundan sonra (1:1) azerisport.az saytının suallarını cavablandırıb. Paytaxt klubunun aparıcı üzvlərindən olan futbolçu qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Fikrimcə, oyuna nəzarət edən tərəf məhz biz idik. Yaxşı futbol sərgilədik, topa daha çox sahib olduq. Sadəcə, əvvəlki problemimiz bu oyunda da özünü göstərdi. Yaratdığımız qol vəziyyətlərini yenə qola çevirməkdə çətinliklərimiz var. İstənilən halda bu problemləri özümüz özümüzə yaradırıq. Belə şanslardan daha yaxşı yararlanmaq lazımdı”.

Təcrübəli futbolçunun sözlərinə görə, məğlubiyyətdən son anda qurtulduqları oyunun nəticəsi onları qətiyyən qane etmir: “Əlbəttə, heç-heçə bizi qətiyyən qane etmir. Matçın gedişində qələbəni təmin etməliydik. Yenə deyirəm, biz rəqibdən daha yaxşı oynadıq, daha çox qol vəziyyəti yaratdıq. Buna görə də heç-heçəni yaxşı nəticə saymıram”.
Bolqarıstanlı legioner hesab edir ki, “İnter”də bəxt çatışmazlığı da var: “Məncə, uğur qazanmaq üçün sadəcə qol çatışmır. Qol vurmaq üçün də müəyyən qədər bəxtimiz gətirməlidi. Əsas odu ki, bu oyunu yaxşı səviyyədə keçirdik. Bu temdpə də davam etmək lazımdı. Onda hər şey yaxşı olacaq”.
Zlatinov qarşıdan gələn “Kəpəz”lə oyuna da toxunub: “Biz hər oyuna xüsusi hazırlaşırıq. “Kəpəz”lə qarşılaşmaya da ayrıca hazırlaşacağıq. Bu oyundakı kimi çıxış edə bilsək, bizim üçün problem olmamalıdı”.
“İnter”in orta sahə oyunçusu ilk 6 turdakı çıxışlarına da qiymət verib: “Bakı” və “Qarabağ”a məğlubiyyətlərə baxmayaraq, düşünürəm ki, hər şey normaldı. Baxmayaraq ki, “Bakı”ya məğlubiyyəti ədalətli saymıram. Biz həmin oyunda uduzmamalıydıq. Amma nə etmək olar. Əgər biz yaratdığımız qol vəziyyətlərindən daha yaxşı yararlansaq, heç belə problemlərlə də üzləşmərik”.