18 sentyabr 2011 16:34
Bakının penalti fiaskosu davam edir
"Bakı"nın penalti şanssızlığı davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu 6-cı turda da 11 metrlik cərimə zərbəsini boşa verdi.
Belə ki, bu gün keçirilən “Turan”la səfər matçında “zolaqlılar”ın yeni transferi Juninyo da penaltidən yararlana bilməyib. Tovuz klubuyla oyunun əvvəlində baş hakim Rauf Cabbarovun penalti təyin etdiyi penalti zamanı topa yaxınlaşan yarımmüdafiəçi rəqib qapıçı ilə mübarizədən məğlub ayrılıb.
Qeyd edək ki, bu, artıq “Bakı”da beşinci belə qola çevrilməyən penaltidi. "Simurq"la 0:0 başa çatan oyunda Denis İvanov, "İnter"lə qarşılaşmada Aleksandr Soliç, “Kəpəz”lə oyunda (0:3) Nurlan Novruzov bu şansdan yararlana bilməmişdi.
Sonda onu da vurğulayaq ki, dörd penaltini boşa verən "Bakı" daha bir 11 metrlik zərbəni yerinə yetirə bilməyib. Belə ki, "İnter"lə oyunun əlavə vaxtında təyin olunan penalti “bankirlər” meydanı tərk etdiyindən yerinə yetirilməmişdi. Bu gedişlə komandanın penalti sindromuna kimin son qoyacağı maraqla gözlənilir.
