18 sentyabr 2011 18:29
Starkov: Birinci hissəni üstün oynadıq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 6-cı turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı rəqib meydanında qazandıqları 2:0 hesablı qələbəylə bağlı bunları dilə gətirib:
“İlk hissənin ağır keçəcəyini gözləyirdik, elə də oldu. Birinci hissəni üstün oynadıq, penalti vurmaq şansı qazandıq, lakin isitifadə edə bilmədik. İkinci hissədə yerli futbolçunu meydana buraxdım, o da öz qolunu vurdu”
