18 sentyabr 2011 18:34
Əsgər Abdullayev: Çatışmazlıqlar var
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 6-cı turunun “Bakı”yla oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı doğma meydanda üzləşdikləri 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Çatışmazlıqlar var, qol epizodlarımız oldu, lakin istifadə edə bilmədik. “Bakı” oyunda hesabı açan tərəf oldu. İkinci hissənin sonlarında isə qapımızdan daha bir qol buraxdıq”.
