18 sentyabr 2011 20:59
Toni Adams: Rəşad Abdullayev fantastik bir qol vurdu
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssis rəqib meydanında üzləşdikləri 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Məğlub olmağı xoşlamasam da, bugünkü oyundan razı qaldım. Rəşad Abdullayev qapımıza fantastik bir qol vurdu. Qoldan sonra hücumlarımızı daha da artırdıq, lakin qapımızda növbəti qolu gördük. “Neftçi” güclü komandadı. Ötən mövsüm bu meydanda “Neftçi” ilə heç-heçə oynamağımıza baxmayaraq, bu gün daha məzmunlu oyun nümayiş etdirdik”.
