18 sentyabr 2011 21:06
Böyükağa Hacıyev: Bu gün bəxt də bizim tərəfimizdə idi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 6-cı turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı doğma meydanda üzləşdikləri 2:4 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“İki məğlubiyyətdən sonra bu qələbə bizim üçün vacib idi. Oyuna çox ciddi hazırlaşmışdıq. “Neftçi” daha yaxşı oyun nümayiş etdirəcək, ancaq bunun üçün zamana ehtiyacımız var. Biz yeni oyunçu transfer etməmişik. Çempion komanda üçün bu, o qədər də önəmli deyil. Bu gün bəxt də bizim tərəfimizdə idi. Komandamın oyunundan razı qaldım. Viktor Mendinin oynamaması “Qəbələ”nin oyununda özünü göstərdi. Hücumda bir qədər dişsiz görünürdülər”.
