18 sentyabr 2011 11:27
Viktor Mendi: Bu haqda danışmaq çox tezdi
“Qəbələ”nin forvardı Viktor Mendi Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə oyuna necə hazırlaşmısız?
- Yaxşı. Bütün həftəni Qəbələdə hazırlaşmışıq. Komanda özünü yaxşı hiss edir. Son ölkə çempionuna qarşı layiqli mübarizə aparmağa hazırıq.
- Yaxşı. Bütün həftəni Qəbələdə hazırlaşmışıq. Komanda özünü yaxşı hiss edir. Son ölkə çempionuna qarşı layiqli mübarizə aparmağa hazırıq.
- Amma son turda “Turan”ı çətinliklə məğlub etdiniz...
- Mən ümumiyyətlə, komanda qələbə qazananda problemlərdən danışmağı xoşlamıram. Biz həmin oyuna kimi 6 xal toplamış komandaya qarşı oynayırdıq. Düzdü, rəqibi çətinliklə məğlub etdik. Amma bu, bizə 3 xal gətirdi.
- Hər halda doğma meydanda ilk qələbənizi qazanmış oldunuz...
- Buna kimi “Bakı” və AZAL-la heç-heçə oynamışdıq. Hansı ki, onlar da ambisiyalı klublardı və belə rəqiblərlə oyunlarda xal itirmək heç də utandırıcı deyil.
- “Neftçi”yə qarşı necə oynamağa hazırlaşırsız?
- Qələbə qazandığımız oyunlarda olduğu kimi. Bu, bizim üçün çox vacib oyundu. Qələbə bizim turnir cədvəlindəki mövqeyimizi daha da möhkəmləndirməyə kömək edəcək.
- Qələbə qazandığımız oyunlarda olduğu kimi. Bu, bizim üçün çox vacib oyundu. Qələbə bizim turnir cədvəlindəki mövqeyimizi daha da möhkəmləndirməyə kömək edəcək.
- “Qəbələ” üçün bu görüşdə də hücum futbolu ilk planda olacaq?
- Bu haqda danışmaq çətindi. Baxaq, görək necə alınacaq. Əminəm ki, rəqibimiz aqressiv futbol sərgiləyəcək. Nəzərə alsaq ki, son iki turda uduzublar, bu, tam gözləniləndi.
- Bu haqda danışmaq çətindi. Baxaq, görək necə alınacaq. Əminəm ki, rəqibimiz aqressiv futbol sərgiləyəcək. Nəzərə alsaq ki, son iki turda uduzublar, bu, tam gözləniləndi.
- Çempionluq haqda düşünürsüz?
- Şəxsən mən hələ çempionluq barədə düşünmürəm. Bu haqda danışmaq çox tezdi. Yəqin ki, bunun üçün daha bir neçə tur lazımdı.
