19 sentyabr 2011 00:05
Premyer Liqamızda məğlubiyyətsiz komandalar minimuma endi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, eyni gücə malik klubları üz-üzə gətirən turun son oyun günündə də 3 qarşılaşma baş tutdu.
“Turan” ötən tur ilk qollarını vuran “Bakı”nı qəbul edirdi. Son ev qələbəsindən sonra “Bakı” turnir cədvəlində 4-cü pilləyə yüksəlmişdi. Doğma azarkeşləri önündə əzmkar oyun nümayiş etdirən “Turan” cari mövsümdə Tovuzda keçirdiyi bütün oyunlardan qalib ayrılmışdı. Ötən tur səfərdə “Qəbələ” ilə qarşılaşmada ilk qolu Tovuz təmsilçisi vursa da, hesabdakı üstünlüyünü sona qədər qoruya bilməyərək məğlub olmuşdu. Bir sözlə, meydan sahiblərindən bu qarşılaşmada növbəti sürprizi gözləyənlər heç də az deyildi.
Lakin Tovuzda oynadığı son 5 oyunda “Turan”a məğlub olmayan paytaxt təmsilçisinin də səfərə məğlub olmaq üçün getmədiyi şübhə doğurmurdu. Aleksandr Starkovun komandası öz mövqeyini möhkəmləndirmək üçün uğurlu nəticə qazanmalıydı. Qarşılaşmanın ilk dəqiqələrindəcə qonaqlar hesabı açmaq üçün çox gözəl şans əldə etdilər. Belə ki, “zolaqlılar” altıncı oyuna 5-ci dəfə penalti vurmaq imkanı qazandılar. Amma nə qədər qəribə olsa da, bundan əvvəlki 11 metrlikləri boşa verən paytaxt klubu bu dəfə də “hakimi əbəs yerə zəhmətə saldı”. Bu dəfəki antiqəhrəman isə, yayın son transferi Junior Vilson oldu.
Buna baxmayaraq, “Bakı” fasiləyə yollanmazdan az öncə qol vura bildi. Ötən mövsüm “Xəzər Lənkəran”ın sərrast oyunçusu olmuş Uinston Parks paytaxt klubunda da siftə etmiş oldu. Qarşılaşmanın sonlarında bakılıların yenicə meydana çıxmış futbolçusu Rəhman Hacıyev tovuzluları daha bir qolla cəzalandırdı. Amma insaf naminə qeyd etmək lazımdı ki, “Turan” bu qarşılaşmada heç də məğlubiyyətə layiq oyun sərgiləmədi.
Premyer Liqanın 6-cı turu həm də autsayderlərin - “Rəvan” və “Sumqayıt Şəhər”in duelləri ilə yadda qaldı. “Dalğa Arena”da keçirilən qarşılaşmada komandalardan heç biri qalib gələcəyi təqdirdə autsayderlər qrupundan çıxa bilməyəcəkdi. Çünki, 9-cu pillənin sahibi “Turan” “Rəvan”dan dörd, “Sumqayıt Şəhər”dən isə beş xal irəlidəydi. Lakin tərəflərin elə də çox olmayan səylərinə rəğmən, bu görüşdə qapılara qol vurulmadı. Hətta “Rəvan” bu matçda penalti də qazandı. Amma kapitan Miloş Zeçeviç bu şansı boşa verdi. Beləcə, hər iki komandanın qələbə arzusu gözündə, 3 xal həsrəti qüvvədə qaldı.
Hesabat turuna “Neftçi” - “Qəbələ” qarşılaşması ilə yekun vuruldu. Ötən tur səfərdə əzəli rəqibi “Xəzər Lənkəran”a məğlub olaraq liderlər qrupundan xeyli aralı düşən “Neftçi” altı xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmışdı. Son çempion cari mövsümdə uğurlu çıxış edən və məğlubiyyətsiz irəliləyən “Qəbələ” ilə oyunda qalib qələrək azarkeşlərinə ötən turlardakı məğlubiyyətləri unutdurmaq istəyirdi. Əks halda çempionun vəziyyəti daha da ağırlaşacaqdı.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qəbələ” isə cari mövsümdə inamlı təsir bağışlayırdı. Avrokubokları hədəfləyən Toni Adamsın komandası məğlubiyyətsiz oyunlar seriyasını “Neftçi” ilə oyunda da davam etdirmək istəyində idi. Amma qarşılaşma “Neftçi”nin qələbə istəyinin daha çox olduğunu göstərdi. Rəşad Abdullayevin vurduğu möhtəşəm qol, eləcə də onun məshuldar ötürməsindən fərqlənən Araz Abdullayevin qolları paytaxt klubuna 3 xalı qazandırdı. Paytaxt klubu layiq olduğu 3 xala sahib çıxarkən Toni Adamsın komandası da bu mövsümdə ilk məğlubiyyət acısını dadmış oldu.
Premyer Liqa
6-cı tur
Turan - Bakı - 0:2
Qollar: Uinston Parks, 43 (0:1), Rəhman Hacıyev, 90+3 (0:2).
Matçın 15-ci dəqiqəsində Vilson Junior penaltidən yararlana bilməyib.
Vərəqələr: Məhərrəm Müslümzadə, 15 (əllə oyun), Ramal Hüseynov, 45 (hakimin qərarından narazılıq), Ayxan Abbasov, 56 (rəqibi tutduğuna görə), Georgi Beriaşvili, 69 (simulyasiya) - Cəmşid Məhərrəmov, 18 (kobud oyun), İbrahim Karqbo, 37 (əllə oyun), Novruz Məmmədov, 67 (kobud oyun), Marko Şarliya, 90+3 (vaxtı uzatdığına görə) – sarı.
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Orucəli Durmuşov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
18 sentyabr 2011. Tovuz şəhər stadionu. 4500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 5. Ayxan Abbasov, 7. Ramal Hüseynov, 10. Nadir Nəbiyev, 17. Samir Əliyev (k) (11. Georgi Beriaşvili, 58), 18. Hafiz Əliyev, 22. Məhərrəm Müslümzadə (14. Aleksandr Qoqoberişvili, 29), 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra (9. Yasin Abbasov, 66).
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 6. Aleksandr Dubilyeviç, 8. Akif Tağıyev, 19. Ruslan Abbasov.
Baş məşqçi: Əsgər Abdullayev.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 9. Maris Verpakovski (99. Rəhman Hacıyev, 90+2), 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 36. Uinston Parks (7. Deyvidas Çesnauski, 73), 77. Aleksandar Soliç (4. Vadim Borets, 90+4).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Rəvan - Sumqayıt Şəhər - 0:0
Matçın 55-ci dəqiqəsində Miloş Zeçeviç penaltidən yararlana bilməyib
Vərəqələr: George Qulordava, 73 (oyun qaydalarına riayət etməmək) - Slavik Alxasov, 45 (fitdən sonra topa zərbə), Andrey Popoviç, 54 (kobud oyun) - sarı.
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
18 sentyabr 2011. Bakı. "Dalğa Arena"stadionu. 300 tamaşaçı
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 7. Reys Klaudiney, 8. Tural Axundov (24. Hüseyn İsgəndərov, 80), 9. Con Pelu, 11. Şerif Suma, 17. Ramazan Abbasov (90. Sergey Çernışev, 65), 18. Samuel Barlay, 20. Kristian Torres (10. Anxel Qutyerres, 86), 87. George Qulordava.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 5. Natiq Kərimi, 13. Fərid Həşimzadə, 22. Amid Hüseynov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 52. Bədavi Hüseynov, 22. Ruslan Tağızadə, 20. Timur İsrafilov, 8. Emin Mustafayev, 10. Eşqin Quliyev (11. Kamil Nurəhmədov, 50), 7. Mahmud Qurbanov (27. Ramil Həşimzadə, 70), 50. Samir Abdulov (21. Murad Səttarlı, 62), 19. Orxan Əliyev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 5. Ramil Nuriyev, 90. Eldar Məmmədov.
Baş məşqçi: Bernhard Raab.
Neftçi - Qəbələ - 2:0
Qollar: R.Abdullayev, 64 (1:0), A.Abdullayev, 85 (2:0).
Vərəqələr: Ruslan Abışov, 8 (kobud oyun), Mirhüseyn Seyidov, 79 (kobud oyun), Bahodir Nəsimov, 87 (hakimin qərarından narazılıq), Rail Məlikov, 89 (idmançıya yaraşmayan hərəkət) - Aleksandr Çertoqanov, 43 (hakimin qərarından narazılıq), Abdulkader Kamara, 63 (rəqibi tutmaq), Veselko Trivunovic, 69 (hakimin qərarından narazılıq) – sarı.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Gülağa Cabarov.
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
18 sentyabr 2011. Bakı. Tofiq Bəhrəmov adına Respublika stadionu. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (25. Cavid İmamverdiyev, 63), 9. Flavinyo, 14. Bahodir Nəsimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov (17. Araz Abdullayev, 83), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 20. Elvin Musazadə, 22. Fərid Quliyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 10. Deon Barton, (25. Nuran Qurbanov, 89), 14. Veselko Trivunoviç, 16. Abdulkader Kamara, 17. Arif İsayev (22. Murad Hüseynov, 77), 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 8. Bruno da Silva, 15. Nodar Məmmədov, 20. Stiv Olfers.
Baş məşqçi: Toni Adams.
Qeyd edək ki, turun ilk oyun günündə bu görüşlər keçirilmişdi: Qarabağ - Xəzər Lənkəran - 0:1, Simurq - Kəpəz - 4:2, AZAL – İnter - 1:1.
|
1
|
Xəzər Lənkəran
|
6
|
5
|
1
|
0
|
11-3
|
16
|
|
2
|
Bakı
|
6
|
3
|
2
|
1
|
8-5
|
11
|
|
3
|
Qəbələ
|
6
|
3
|
2
|
1
|
6-5
|
11
|
|
4
|
İnter
|
6
|
3
|
1
|
2
|
5-5
|
10
|
|
5
|
Neftçi
|
5
|
3
|
0
|
2
|
8-4
|
9
|
|
6
|
Kəpəz
|
6
|
3
|
0
|
3
|
13-12
|
9
|
|
7
|
AZAL
|
6
|
2
|
2
|
2
|
9-9
|
8
|
|
8
|
Qarabağ
|
5
|
2
|
1
|
2
|
3-3
|
7
|
|
9
|
Turan
|
6
|
2
|
0
|
4
|
6-9
|
6
|
|
10
|
Simurq
|
6
|
1
|
2
|
3
|
5-8
|
5
|
|
11
|
Rəvan
|
6
|
0
|
3
|
3
|
6-9
|
3
|
|
12
|
Sumqayıt Şəhər
|
6
|
0
|
2
|
4
|
2-10
|
2
|
Bombardirlər:
4 - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
4 - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Yuri Fomenko (Kəpəz).
2 - Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov, Zohair Benouahi (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).
