19 sentyabr 2011 00:15
Sadıqovu Rusiyada məyus etdilər (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 24-cü turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycan əsilli futbolçuların komandaları, eləcə də Vaqif Sadıqovun çalışdığı “Anji” də meydana məhz bu gün çıxıb.
Millimizə gəlməkdə tərəddüd edən və könlü Rusiya yığmasında olan Aleksandr Səmədovun çıxış etdiyi Moskva “Dinamo”su evdə “Amkar”la qarşılaşıb. Səmədov qarşılaşmanın ilk dəqiqələrindən meydanda olsa da, 75-ci dəqiqədə əvəzlənib. Komandası isə rəqibini darmadağın edib.
Emin Mahmudovlu “Spartak” (Moskva) isə “Krılya Sovetov”u qəbul edib. Millimizə namizəd futbolçu qarşılaşmanın "18-liy"inə salınmayıb. Komandası isə 3 cavabsız qolla qələbə qazanıb.
Azərbaycan yığmasının sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdığı “Anji” isə səfərdə “Kuban”la üz-üzə gəlib. Baş məşqçi Hacı Hacıyev cəzalı olduğundan Mahaçqala klubunu bu görüşə də həmyerlimiz çıxarıb. Lakin "Volqa" ilə ötən oyundan (2:1) fərqli, Sadıqov bu dəfə məğlubiyyətə üzülüb.
Premyer Liqa
24-cü tur
18 sentyabr
Dinamo (Moskva) – Amkar - 3:0 (1:0)
Qollar: Voronin, 10, Semşov, 59, Nexayçik, 85.
Spartak (Moskva) - Krılya Sovetov - 3:0 (2:0)
Qollar: De Zeuv, 4, Makqidi, 28, Emenike, 81.
Kuban – Anji - 1:0 (1:0)
Qol: Bukur, 14.
