18 sentyabr 2011 22:20

Amit Quluzadə siftə, komandası heç-heçə etdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Türkiyə Bank Asya birinci liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Erciyesspor” da 2011/12 mövsümündəki ilk ev oyununa məhz bu gün çıxıb.
 
Kayseri təmsilçisi doğma divarlar arasında “Konyaspor”u qonaq edib. Qarşılaşmada qapılara qol vurulmayıb. Bu günkü oyunda Amitə də ilk dəqiqələrdən oynamaq şansı verilib. Həmyerlimiz ilk dəfə 90 dəqiqə meydanda qalıb. Millimizin üzvü bu qarşılaşmada ilk sarı vərəqənin müəllifi olub ku, bu, həm də onun Türkiyədəki "siftəsi"di.
 
Xatırladaq ki, həmyerlimizin komandası mövsümün ilk oyununu səfərdə “Bucaspor”a qarşı keçirmişdi – 1:1. “Kayseri Erciyesspor”a bu yay transfer olunan “Neftçi”nin sabiq yarımmüdafiəçisi “Bucaspor”la matçın 74-cü dəqiqəsində meydana buraxılmışdı. Məhz onun oyuna daxil olmasından 3 dəqiqə sonra komandası məğlubiyyətdən qaçmağa nail olmuşdu.
 
Bank Asya birinci liqa
2-ci tur
18 sentyabr
 
Kayseri Erciyesspor - Konyaspor - 0:0 (0:0)
 
6. Amit müdafiəçilərin geri qaytarmaq istədiyi topu qapıya yönəltsə də, onun cəhdi komandasına konrerdən başqa nəsə qazandırmır
17. Quluzadə uzun ötürmə ilə oyundaşını qapıçı ilə üz-üzə qoysa da, hücumçu bundan yararlana bilmir
18. Millimizin üzvü rəqib futbolçuya qarşı çox kobud oynayır və onu zədələyir, özü isə sarı vərəqəylə cəzalanır. Qeyd edək ki, bu, onun ilk sarı vərəqəsidi
76. Amit komandasının təhlükəli hücumunu zərbə ilə tamamlasa da, rəqib qapıçı yerindədi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.