18 sentyabr 2011 12:00
Ruslardan Vaqif Cavadovun çıxışına yüksək qiymət
Futbol üzrə yığma komandamızın hücumçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasının 24-cü turundakı oyununa qiymət verilib. Azerisport.az xəbər verir ki, qonşu ölkədən olan həmkarlarımız millimizin üzvünün çıxışını yüksək qiymətləndirib.
Qeyd edək ki, “Volqa”nın şərəfini qoruyan həmyerlimiz Nijni Novqorodda keçirilən “Spartak”la (Nalçik) oyunun start heyətində meydana çıxmışdı. Hansı ki, bu, ilk dəfə idi. Elə Cavadovun 90 dəqiqə meydanda qalması da ilk dəfəydi. Bu şansdan Vaqif pis yararlanmadı. Hər halda komandasının ən fəallarından olan Cavadov oyundakı yeganə qolun müəllifi Nikita Malyarova məhsuldar ötürmə verməklə “Volqa”nın qələbəsində xüsusi pay sahibi oldu.
Sports.ru nəşri Vaqifin çıxışını 6,0 balla qiymətləndirib. Hansı ki, bu qiymətə “Volqa”nın yalnız 4 futbolçusu layiq görülüb.
