18 sentyabr 2011 12:38
XL legionerlərini yola saldı
Dünən "Qarabağ"ı məğlub edərək turnir cədvəlinin ilk pilləsindəki yerini möhkəmləndirən "Xəzər Lənkəran"ın futbolçuları istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, fürsətdən istifadə edən legionerlər ailələrinə baş çəkmək üçün vətənlərinə yollanıblar.
"Xəzər Lənkəran"ın istirahəti sentyabrın 20-də yekunlaşacaq. Həmin gün Lənkərana yollanacaq komanda "Qəbələ" ilə ev oyununun hazırlıqlarına start verəcək.
