19 sentyabr 2011 13:31
Amit Quluzadə Erciyessporun ən yaxşısı seçildi
Türkiyə mətbuatı futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, həmyerlimiz “Kayseri Erciyesspor”un heyətində ən yaxşılardan sayılıb.
Qeyd edək ki, o, dünən keçirilən Bank Asya birinci liqanın 2-ci turunun “Konyaspor”la matçında start heyətində yer almışdı. 90 dəqiqə meydanda olan Amit qarşılaşmada heç də pis təsir bağışlamırdı. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Quluzadənin səylərinə baxmayaraq, onun komandası bu ev oyunundan qolsuz heç-heçəylə ayrıldı. Türkiyə mətbuatı isə Amitin çıxışını 7 balla qiymətləndirib. Hansı ki, bu qiymətə Amitdən başqa yalnız 3 futbolçu layiq görülüb. Qalan futbolçular isə daha aşağı qiymətlər alıblar.
