19 sentyabr 2011 13:24
Lyubo Baranın: Nasimov elə söz işlətdi ki...
“Qəbələ”nin müdafiəçisi Lyubo Baranın Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Mövsümdə ilk yenilginizi aldınız...
- Bilirdik ki, gec-tez uduzacağıq. Yaxşı oyun alındı. “Neftçi” güclü rəqibdi. Biz də pis oynamadıq. Sadəcə, elə alındı ki, onlar öz yaratdıqları qol vəziyyətlərindən maksimum yararlandılar, biz isə yox.
- Demək olar ki, hər iki komanda bütün oyun boyu hakimdən narazılığını biruzə verirdi. Yəni, o, bu dərəcədə pis idarəçilik edirdi?
- Hakimlikdən danışmaq istəmirəm. Amma Azərbaycan futbolunun səviyyəsinin qalxmasını istəyənlər heç kimə kömək etmək barədə düşünməməlidilər. Hamımız gördük ki, avrokuboklarda hakimlər heç kimə kömək etmir.

- Siz konkret nədən narazı qaldınız?
- “Neftçi”nin futbolçuları hər dəqiqə uzanıb yerdə qalırdılar, hakim isə buna qarşı heç bir tədbir görmürdü. Mən hələ qapımız qarşısında bu qədər cərimə zərbəsi görməmişdim. Futbol kişi oyunudu.
- “Neftçi”nin futbolçuları hər dəqiqə uzanıb yerdə qalırdılar, hakim isə buna qarşı heç bir tədbir görmürdü. Mən hələ qapımız qarşısında bu qədər cərimə zərbəsi görməmişdim. Futbol kişi oyunudu.
- Buraxılan ilk qoldan sonra Bahodir Nasimovla aranızda nəsə oldu. Nə baş vermişdi?
- Özbək mənim ünvanıma xoşagəlməz sözlər işlətməyə başladı. O, elə bir söz işlətdi ki, özümü saxlaya bilmədim. Meydanda belə sözlər eşitmək xoş deyil. İqor Mitreskidən üzr istəyirəm ki, oyun zamanı onunla mübahisəyə girişməli oldum.

- Ümumiyyətlə, bu oyun çox kobud alındı...
- Bu, futboldu. Hakim hər epizoda görə fitini səsləndirməməlidi, oynamağa imkan verməlidi.
- Amma aşkar görünürdü ki, məğlubiyyəti çətinliklə qəbul etdiniz...
- Əlbəttə, üzücüdü. Məğlubiyyətsiz oyunlar seriyamızın davam etməsini istəyirdik. İndi bizə bu oyunu tez unudub, “Xəzər Lənkəran”la matça hazırlaşmaq qalır. Əgər Lənkərandan 1 xalla da qayıtsaq, yaxşı olardı.